Myanmada toqquşmalarda ölənlərin sayı 730-a çatıb

 06:10 18.04.2021     72

Myanmada etirazçılarla təhlükəsizlik qüvvələri arasında fevral ayının əvvəllərindən bəri baş verən qarşıdurmalarda ölənlərin sayı 730-a yüksəlib.

Redaktor.az-ın məlumatına görə, bu barədə Myanmada Siyasi Məhbuslara Yardım Assosiyasiyası bildirib.

Qeyd olunub ki, 17 aprel tarixi üçün hərbi xunta tərəfindən 730 nəfərin ölümü təsdiqlənib.

Bildirilib ki, 3152 nəfər azadlıqdan məhrum edilib, onlardan 75-i barədə həbs cəzası seçilib.