İranda daha 319 nəfər koronavirusdan ölüb

 04:04 18.04.2021     74

İranda ötən sutka ərzində 319 nəfər koronavirusdan (COVID-19) ölüb.

Redaktor.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Onun sözlərinə görə, bununla da ölkədə bu virusdan ölənlərin sayı 66 327 nəfərə yüksəlib.

S. Lari deyib ki, İranda ötən 24 saat ərzində 21 312 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 2 215 445 nəfərə çatıb. //APA