Yaponiyada güclü zəlzələ olub

Yaponiyanın şimal-şərqində 5,8 bal gücündə zəlzələ baş verib.
Redaktor.az-ın məlumatına görə, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi xəbər verib.
Bildirilib ki, zəlzələnin episentri Miyaqi prefekturasında olub. Yeraltı təkanların ocağı 50 kilometr dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilib, lakin dərhal sonra xəbərdarlıq geri götürülüb. //Trend.az