Paşinyana əsgər məzarına gül qoymağa icazə vermədilər - VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyan Vayosdzor bölgəsinə səfəri zamanı etirazla qarşılaşıb.
Redaktor.az bildirir ki, o, İkinci Qarabağ müharibəsində ölən erməni əsgərlərin məzarlarını ziyarət etmək istəyib. Lakin orada ölən əsgərin doğmalarından biri Nikol Paşinyana məzarın üzərinə gül qoymağa icazə verməyib:
“Bu, qardaşımın məzarıdır. Mənim buna haqqım var. Sizə icazə vermirəm”, - deyə bildirib.
Həmin şəxs onu da əlavə edib ki, hökumətdən heç kim ona qardaşının meyitinin tapılmasında kömək etməyib. ///Oxu.az