Rusiyada daha 389 nəfər ölüb - COVID-19

 12:44 18.04.2021     446

Rusiyada son sutkada koronavirusa 8 632 yoluxma halı qeydə alınıb.

Redaktor.az bildirir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat verib.

Qeyd olunub ki, ölkədə daha 389 nəfər COVID-19 infeksiyasından ölüb.

Rusiyada koronavirusa yoluxanların ümumi sayı 4 702 101, ölənlərin sayı isə 105 582 nəfərdir.