İsraildə küçədə tibbi maska ​​taxma tələbi ləğv edilib

 14:00 18.04.2021     345

İsrail Səhiyyə Nazirliyi ölkədəki koronavirusa yoluxma səviyyəsinin azalması ilə əlaqədar olaraq küçədə qoruyucu maskalar taxma tələbini ləğv edib.

Redaktor.az-ın məlumatına görə, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb:

“Statistika göstərir ki, ölkə daxilindəki xəstələnmə səviyyəsində azalma davam edir. Bunun üçün 18 aprel 2021-ci ildən etibarən küçədə maska ​​taxmamağa icazə verilir”.

Bununla yanaşı, Səhiyyə Nazirliyi açıq görüşlərdə iştirak edərkən qoruyucu maskalardan istifadə etməyə davam etməyi tövsiyə edib.

Şəxsi yaşayış sahəsi xaricində qapalı yerlərdə maska ​​taxmaq məcburiyyət olaraq qalır. //APA

Vumart və Güvən reklamı Vumart Güvən