İranda daha 405 nəfər koronavirusdan ölüb

 15:10 18.04.2021     365

İranda ötən sutka ərzində 405 nəfər koronavirusdan (COVID-19) ölüb.

Redaktor.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 66732 nəfərə yüksəlib. O deyib ki, İranda ötən 24 saat ərzində 21644 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 2237089 nəfərə çatıb.