Avropadan 18 azərbaycanlı deportasiya olunub

 17:26 18.04.2021     401

Belçika və Niderland krallıqlarında qanunsuz yaşayan müxtəlif millətdən miqrantlar növbəti dəfə deport olunub.

Redaktor.az-ın məlumatına görə, bunlardan 18-i azərbaycanlıdır.

Azərbaycanlılardan 11-i Belçikadan, 7-si isə Niderlanddan deportasiya edilib. Deporta səbəb qeyd olunan ölkələrdə saxta məlumat və sənəd əsasında yaşama olub. Yerli orqanlar tərəfindən bu, aşkar edilib və deportasiya qərarı verilib. //Report.az