Misirdə qatar relsdən çıxıb - Yüzdən çox yaralı var

 18:44 18.04.2021     367

Misirdə Qahirənin şimalındakı Qalyubia əyalətində bir qatarın relsdən çıxması nəticəsində 100-dən çox insan yaralanıb.

Redaktor.az bildirir ki, bu barədə regionun administrasiyası məlumat verib.

Əl-Ərəbiyyə telekanalının ilkin məlumatında qatar qəzasında səkkiz8 nəfərin öldüyü və 20-dən çox insanın yaralandığını bildirilmişdi. Qatar Əl-Mansur şəhərindən Qahirəyə yola düşüb.

Sonradan qeyd olunub ki, qəzada 109 vətəndaş xəsarət alıb.

Bölgənin qubernatorluğundan verilən məlumata görə, səkkiz vaqon relsdən çıxıb. //APA

Vumart və Güvən reklamı Vumart Güvən