ABŞ vitse-prezidentini ölümlə təhdid edən qadın saxlanılıb

 19:00 18.04.2021     158

ABŞ-ın Florida ştatının sakini 39 yaşlı Nivien Felps ölkənin vitse-prezidenti Kamala Harrisi ölümlə təhdid edib.

Redaktor.az bildirir ki, bu barədə NBC məlumat yayıb.

Hələ fevral ayında həbsdə olan həyət yoldaşına göndərdiyi videomesajda o, Harrisi öldürəcəyini və Baydenə nifrət etdiyini bildirib.

Felpsin anası qızının əqli cəhətdən xəstə olduğunu qeyd edərək, dərhal sərbəst buraxılmasını tələb edib. //Oxu.az