Fransada təyyarə qəzası baş verib

 20:10 18.04.2021     409

Fransanın paytaxtı Paris şəhərinin şərqində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Frans Press Agentliyi məlumat yayıb.

Qeyd edilir ki, hadisə Sen-Patyu kommunasında baş verib.

Belə ki, təlimi uçuşu həyata keçirən təyyarə tarlaya düşüb. Nəticədə dörd nəfər həlak olub.

Hadisə yerində xilasetmə xidməti cəlb edilib. Polis faktla bağlı araşdırmaya başlayıb. //Report