Tayvanda iki güclü zəlzələ olub

 20:40 18.04.2021     223

Tayvanda yerli vaxtla 22:11-də (17:11, Bakı vaxtı) 5,8 bal gücündə, üç dəqiqə sonra isə 6,2 bal gücündə iki zəlzələ olub.

Redaktor.az-ın məlumatına görə, bu barədə ölkənin seysmoloji xidməti xəbər yayıb.

Bildirilir ki, yeraltı təkanların episentri şərq sahillərində Hvalan şəhərindən 19,2 kilometr məsafədə, ocağı isə 15 kilometr dərinlikdə yerləşib və adanın bir çox yerində, həmçinin administrativ mərkəz olan Taybeydə hiss edilib.

Xəsarət alanlar və dağıntılar, habelə sunami təhlükəsi barədə məlumat verilməyib.

Xatırladaq ki, 23 milyon əhalisi olan Tayvan adası Şərqi Asiyanın seysmik aktiv zonasında yerləşir. //Trend.az