Myanmada toqquşmalarda ölənlərin sayı 737-ə çatıb

 02:03 19.04.2021     202

Myanmada etirazçılarla təhlükəsizlik qüvvələri arasında fevral ayının əvvəllərindən bəri baş verən qarşıdurmalarda ölənlərin sayı 737-ə yüksəlib.

Redaktor.az-ın məlumatına görə, bu barədə Myanmada Siyasi Məhbuslara Yardım Assosiyasiyası bildirib.

Qeyd olunub ki, 18 aprel tarixi üçün hərbi xunta tərəfindən 737 nəfərin ölümü təsdiqlənib.

Bildirilib ki, 3 229 nəfər azadlıqdan məhrum edilib, onlardan 75-i barədə həbs cəzası seçilib. //Trend.az

Vumart və Güvən reklamı Vumart Güvən