Türkiyədə zəlzələ olub

 22:17 18.04.2021     122

Egey dənizinin Türkiyə sahillərində 4,2 bal gücündə zəlzələ olub.

Redaktor.az Türkiyənin Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla xəbər verir ki, yeraltı təkanlar Datça rayonu yaxınlığında qeydə alınıb. Zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat olmayıb.