Bakıda xanım sürücü görün nə edirmiş... - POLİS SAXLADI / VİDEO

Dəfələrə xəbərdarlıq edilməsinə baxmayaraq hələ də sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülər var.
Redaktor.az xəbər verir ki, Binəqədi Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları reyd zamanı işıq cihazından düzgün istifadə etməyən sürücünü saxladıblar. Onunun həm də sərxoş olduğu üzə çıxıb.
Gecə yoxlaması zamanı avtomobili sənədsiz idarə edən sürücü də saxlanılıb. Təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanan xanım sürücünün atasına məxsus avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi aşkar olunub.
Reyddə avtomobilində maska taxmadan sərnişin aparan sürücü də saxlanılıb. Törətdiyi xəta yol polisi tərəfindən ona izah edilib.
Daha ətraflı videodan izləyin: