Rusiya və Çexiya arasında vəziyyət kəskinləşdi - "SƏRT CAVAB VERİLƏCƏK"

 09:50 19.04.2021     666

Çexiya Rusiyanın 18 diplomatını ölkədən qovub. Bundan sonra 20 çex diplomat arzuolunmaz şəxs elan edilib və onlara Rusiyanı tərk etmələri üçün bu günün sonuna qədər vaxt verilib.

Redaktor.az xəbər verir ki, Rusiya və Çexiya arasında siyasi böhran getdikcə şiddətlənir. Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Çexiya diplomatlarına günün sonuna qədər vaxt verildiyi öz əksini tapıb. Həmçinin, Rusiyanın Çexiyaya rəsmi şəkildə etiraz göndərdiyi qeyd olunub.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova qatıldığı proqramda ölkəsinin Çexiyaya verəcəyi cavabı tezliklə elan edəcəyini bildirib.

Orxan İsmayılov / Redaktor.az