SON DƏQİQƏ: Dünyada nüvə müharibəsi başlayır - HESABAT

 11:11 19.04.2021     736

Şanxay Beynəlxalq Araşdırmalar İnstitutu (SIIS) və Carnegie Beynəlxalq Sülh Fondu (CEIP) tərəfindən hazırlanan hesabatda dünyadakı böyük dövlətlərin nüvə silahından istifadə edib-etməyəcəkləri ilə bağlı məqamlar yer alıb.

Redaktor.az xəbər verir ki, hesabatda "supergüclərin hər an nüvə müharibəsinə başlaya biləcəyi" xəbərdarlığı ciddi müzakirə predmeti yaradıb.

İngiltərə mətbuatında yer alan xəbərlərə görə, yeni araşdırmada kiberhücumların "dövlət həyəcanı" yaradaraq ABŞ və Çin arasında nüvə müharibəsinə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq öz əksini tapıb. Tədqiqatçılar böyük dövlətlərin hücuma məruz qaldıqda dərhal nüvə silahından istifadə edə biləcəklərini bildirirlər.

Hesabatda SIIS sədri Çen Donqksiaonun bu ifadələri yer alıb:

"Nüvə komandanlığı, nəzarət və rabitə (NC3) sistemlərinə edilən kiberhücumlar nüvə gücləri arasında potensial qarşıdurma mənbəyi halına gəlib. Nüvə silahlarının özünəməxsus təbiəti səbəbindən, nüvə silahları ilə əlaqəli hər hansı bir kiber hadisə dövlət həyəcanına, narahatlığına, qarışıqlığına səbəb olacaq".

Orxan İsmayılov / Redaktor.az

 

2222