İranın təhlükəsizlik naziri koronavirusa yoluxub

İranın təhlükəsizlik naziri Mahmud Ələvi koronavirusa yoluxub.
Redaktor.az-ın məlumatına görə, o, artıq bir həftədir ki, ev şəraitində karantinə alınıb.
Məlumata görə, nazirin səhhəti qənaətbəxşdir.
Qeyd edək ki, ötən il nazir Mahmud Ələvinin atası koronavirusdan vəfat edib. //APA