İrəvanda polis 50-dən çox kriminal avtoriteti yaxaladı

 23:15 19.04.2021     103

Ermənistan Polisinin İrəvan Şəhər Daxili İşlər İdarəsinin Cinayət Axtarışı Şöbəsinin və paytaxtın Nor Nork Polis Şöbəsinin Cinayət Axtarışı bölməsinin əməkdaşları kriminal avtoritetlərə qarşı xüsusi əməliyyat keçiriblər.

Redaktor.az bildirir ki, bu barədə “Shamshyan.com” məlumat verib.

Məlumata görə, əməliyyat zamanı 50-dən çox kriminal avtoritet saxlanılıb. Onlar paytaxtın müxtəlif inzibati ərazilərindən İrəvan Şəhər Daxili İşlər İdarəsinə çatdırılıblar.

Saxlanılanlar arasında müxtəlif ləqəbli təhlükəli cinayətkarlar var. //Report

222222