Aİ Şurasının prezidenti Gürcüstana səfər edəcək

 23:33 19.04.2021     99

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Gürcüstana səfər edəcək.

Redaktor.az-ın xəbər verir ki, o, bu barədə onlayn formatda qatıldığı Gürcüstan iqtidarı və müxalifəti arasında siyasi böhrandan çıxış üzrə planın imzalanması mərasimində bildirib. Səfər sabah reallaşacaq.

Ş.Mişel səfər çərçivəsində Gürcüstan və Aİ arasında əlaqələrin gücləndirilməsi ilə bağlı növbəti birgə addımları müzakirə edəcəyini deyib. //Report