İndoneziyada güclü zəlzələ olub

İndoneziya sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb.
Redaktor.az-ın məlumatına görə, bu barədə ABŞ Geoloji Xidmətindən bildirib.
Məlumata əsasən, yeraltı təkanların episentri İndoneziyanın Sibolqa şəhərindən (Şimali Sumatra vilayəti) 304 km cənub-qərbdə olub. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Sunami təhlükəsi barədə məlumat verilməyib. //Trend.az