İndoneziyada güclü zəlzələ olub

 14:24 20.04.2021     384

İndoneziyanın Cənubi Sumatra bölgəsində 6,4 bal gücündə zəlzələ olub.

Redaktor.az bildirir ki, bu barədə İndoneziya Meteorologiya, İqlim və Geofizika İdarəsindən (BMGK) məlumat verilib.

Yeraltı təkanlar yerli vaxtla 06:58-də Nias şəhərində qeydə alınıb. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat haqqında məlumat verilməyib.

Orxan İsmayılov / Redaktor.az