İranda daha 395 nəfər koronavirusdan ölüb

 14:33 20.04.2021     433

İranda ötən sutka ərzində 395 nəfər koronavirusdan (COVID-19) ölüb.

Redaktor.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda virusdan ölənlərin sayı 67 525 nəfərə yüksəlib.

O deyib ki, İranda ötən 24 saat ərzində 25 492 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda koronavirusa yoluxanların sayı 2 286 927 nəfərə çatıb. //APA

Vumart və Güvən reklamı Vumart Güvən