Avropada təbii qazın qiyməti artır

 17:22 20.04.2021     176

Avropada təbii qazın qiyməti son 3 ayın maksimum həddinə çatıb.

Redaktor.az xəbər verir ki, Hollandiyanın TTF onlayn satış mərkəzində təbii qaz 267 USD/1000 kubmetrədək bahalaşıb ki, bu da yanvarın 25-dən bu yana ən yüksək həddir. İlin əvvəlindən TTF-də “ertəsi gün” fyuçerslərinin orta qiyməti 234 USD/1000 kubmetr təşkil edib.

Bahalaşmanın amilləri arasında karbon tullantıları ödəmələrinin rekord həddə çatması, havaların normadan soyuq keçməsi, Asiya bazarında LNG-nin bahalaşması, yel enerji istehsalatının yetərincə inkişaf etməməsi göstərilir.

“Gas İnfrastructure Europe”a görə, Avropa yeraltı anbarlarına qaz vurulması davam edir. Bütövlükdə, regiondakı qaz ehtiyatlarının bərpası atıq bir ay yubanır.