Angela Merkel Qarabağdan danışdı

 17:00 20.04.2021     234

Almaniya kansleri Angela Merkel gələcəkdə Qarabağdakı kimi münaqişələrdən qaçmaq üçün beynəlxalq hüquqa əməl olunmasının vacibliyini vurğulayıb.

Redaktor.az-ın məlumatına görə, A.Merkel bunu Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasına videomüraciəti zamanı deyib.

O bildirib ki, qaydalara əsasən, düzən ən vacib birgəyaşayış prinsipidir:

"Bir dövlətin suverenliyi və ərazi bütövlüyü şübhə altına alınırsa, bu, bizim ümumi dəyərlərimizə ziddir. Biz bunu Dağlıq Qarabağdakı hadisələrin nümunəsində gördük. Avropa Şurası bu məsələdə həlledici rol oynaya bilər". //Trend.az