GUAM ölkələri innovasiyalar mərkəzi yaradacaq

 22:14 20.04.2021     208

Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM çərçivəsində İnnovasiyalar və Texnologiyaların Transferi Beynəlxalq Mərkəzi yaradılacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin müavini, sənayenin strateji sahələri üzrə naziri Oleq Uruski bildirib.

Onun sözlərinə görə, mərkəz gələcək “GUAM və tərəfdaşları” İnnovativ İnkişaf Beynəlxalq Korporasiyanın bir hissəsi olacaq.

Nazir qeyd edib ki, mərkəzin təsis olunması prosesinə yeni tərəfdaşlar cəlb olunacaq:

“Məlum olduğu kimi, İsrail hökuməti GUAM-ın, ilk növbədə, elm və innovasiyalar sahəsində əməkdaşlıq üzrə tərəfdaşı olmaq arzusunu ifadə edib”. //Report