Türkiyə XİN-ə yeni sözçü təyin edildi

 22:27 20.04.2021     399

Türkiyənin Xarici İşlər Nazirliyinə yeni sözçü təyin olunub.

Redaktor.az xəbər verir ki, bu vəzifəni Tanju Bilgiç icra edəcək.

Bildirilib ki, o, vəzifəsinin icrasına bu gün başlayıb.

Yeni sözçü 1995-ci ildən XİN-də çalışır.  Nazirlikdə bir çox vəzifələrdə işləyən T.Bilgiç 2014-1021-ci illərdə Türkiyənin Serbiyadakı fövqəladə və Səlahiyyətli səfiri olub.

Bundan başqa, o, Bosniya-Herseqovina, Danimarka, Fransa, Rusiyada da işləyib.

T.Bilgiçdən öncə bu vəzifəni Hami Aksoy aparırdı. O, bir müddət əvvəl ölkənin Serbiyadakı səfiri təyin olunub. //Qafqazinfo