Kraliçanın yubileyi təntənəli qeyd olunmayacaq

 02:24 21.04.2021     920

Böyük Britaniya Kraliçası II Yelizavetanın sabah 95 yaşı tamam olur.

Redaktor.az xəbər verir ki, kraliça aprelin 9-da vəfat edən həyat yoldaşı Filipp və Covid-19 pandemiyasına görə yubileyini müəyyən edilmiş ənənələrə uyğun olaraq keçirməyəcək.

Xatırladaq ki, hər zaman təmtəraqla qeyd olunan doğum günündə II Yelizaveta və onun ailə üzvləri ictimaiyyətlə yeni fotolar və videolar bölüşürdülər. Bu il isə onlar dərc olunmayacaq.

Bundan əlavə, kraliçanın doğum gününün ictimai bayram edilməsi də ardıcılı olaraq ikinci dəfə ləğv ediləcək. //Axşam.az