Üçüncü Dünya müharibəsinə doğru... - ÇİN ORDUSU HƏRƏKƏTƏ KEÇDİ

Çin qonşu Hindistanla sərhədə qoşun yığır.
Redaktor.az xəbər verir ki, Çinin hərbi birliyi olan Xalq Azadlıq Ordusu (PLA) Himalayda uzaqmənzilli raketlər yerləşdirib. Bu addımın Çin ilə Hindistan arasında artan gərginlikdən qaynaqlandığı düşünülür.
PLA tərəfindən qəbul edilən strategiya son iki həftədə aparılan uğursuz danışıqlardan sonra müdafiəni təşkil etməklə əlaqədardır.
"South Morning China Post"da yer alan məlumata görə, Çin Hindistanla olan sərhəd bölgələrə raketlər yerləşdirir. Raketlərin modeli açıqlanmasa da, uzaqmənzilli olduğu ehtimal edilir.
Dünya mediasında isə bu hadisələr Üçüncü Dünya müharibəsinin əlaməti kimi ifadə olunub.
Orxan İsmayılov / Redaktor.az



