Paşinyanın Syünikə səfəri etirazla qarşılanıb - VİDEO

 12:10 21.04.2021     215

Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkənin cənubundakı Syünik vilayətinə səfəri etirazla qarşılanıb.

Redaktor.az bildirir ki, bir qrup sakin Ermənistan hökumət başçısının Mehri şəhərini tərk etməsini tələb edib.

N.Paşinyanı dəstəkləyən sakinlərlə etirazçılar arasında toqquşma baş verib.

Ərazidə vəziyyətin kifayət qədər gərgin olduğu bildirilir. Baş nazirin avtomobilinin yolunu kəsən sakinlər onun əleyhinə şüarlar səsləndiriblər. //APA