İranda daha 388 nəfər koronavirusdan ölüb

 14:18 21.04.2021     819

İranda son sutkada koronavirusa 24 886 yoluxma halı qeydə alınıb.

Redaktor.az bildirir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat verib.

Qeyd olunub ki, ölkədə daha 388 nəfər COVID-19-dan ölüb.

İranda koronavirusa yoluxanların sayı 2 311 813, ölənlərin sayı isə 67 913 nəfərdir.