Putin Belarusda planlaşdırılan çevrilişə cəhd barədə danışıb

Rusiya prezidenti Vladimir Putin Belarusda planlaşdırılan dövlət çevrilişi barədə danışıb.
Redaktor.az-ın məlumatına görə, V. Putin bu gün Federal Məclisdə müraciətində bildirib ki, hər şey Belarusda real çevrilişə cəhdə aparırdı.
“Heç kim düşünmür ki, nə qədər insan bundan əziyyət çəkəcəkdi. Viktor Yanukoviçə, Nikolas Maduroya, Aleksandr Lukaşenkoya istənilən kimi münasibət bəsləmək olar. Lakin çevrilişlər və siyasi qətllər – bu, artıq bütün sərhədləri aşır", - deyə o vurğulayıb.
Qeyd edək ki, Belarusda Prezident Aleksandr Lukaşenko və ailə üzvlərinə sui-qəsd planlaşdıran iki nəfərin Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən Moskvada həbs olunduğu barədə məlumat yayılıb.
A. Lukaşenko və Rusiya planın arxasında ABŞ-ın dayandığını iddia edir. //APA