ABŞ-da son sutkada yoluxanların sayı - COVID-19

 19:56 21.04.2021     359

ABŞ-da son sutkada yeni növ koronavirusa (COVID-19) 54 672 yeni yoluxma qeydə alınıb.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində xəstəlikdən 776 nəfər vəfat edib.

ABŞ-da indiyə qədər 31,7 milyon nəfər COVID-19-a yoluxub, 568 min nəfər vəfat edib. //APA