Pakistanda partlayış - Ölənlər var

 23:12 21.04.2021     230

Pakistanın Bəlucistan əyalətinin mərkəzi Kvetta şəhərindəki “Serena” otelin avtomobil dayanacağına partlayış baş verib.

Redaktor.az-ın məlumatına görə, partlayış nəticəsində azı üç nəfər həyatını itirib.

Bildirilib ki, xəsarət alan 13 nəfər xəstəxanalara aparılıb. İki yaralının vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır. //Report