Koronavirusla bağlı SON STATİSTİKA

 09:30 22.04.2021     390

Dünyada 144 454 214 nəfərdə koronavirus aşkarlanıb.

Redaktor.az bildirir ki, virusdan 3 071 791 xəstə ölüb, 122 640 518 nəfər sağalıb.

Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (32 602 051 nəfər), Hindistan (15 930 965 nəfər), Braziliya (14 122 795 nəfər), Fransa (5 374 288 nəfər) və Rusiyadır (4 727 125 nəfər).

Türkiyədə 4 446 591, İranda 2 311 813, Gürcüstanda 299 038, Ermənistanda isə 210 518 nəfərdə koronavirus müəyyən edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiyada (106 706 nəfər), İranda (67 913 nəfər) və Türkiyədə (36 975 nəfər) qeydə alınıb.

Azərbaycanda koronavirusa yoluxan 305 933 nəfərin 4 235-i ölüb, 269 965 xəstə sağalıb. //Oxu.az