SON DƏQİQƏ: İrəvanda güclü partlayış - 2 ölü, 1 yaralı var

 10:41 22.04.2021     352

Ermənistanın paytaxtı İrəvan şəhərinin mərkəzi prospektlərindən birində avtomobildə baş verən partlayış nəticəsində iki nəfər ölüb, bir nəfər xəsarət alıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Partlayış səhər saatlarında qeydə alınıb. İnsidentin meydana gəlmə səbəbləri barədə hələlik məlumat verilmir. //Oxu.az