Lukaşenko Rusiyaya səfər edib

 12:25 22.04.2021     257

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyaya işgüzar səfər edib.

Redaktor.az-ın məlumatına görə, bu barədə Belarus prezidentinin mətbuat xidməti bildirib.

A.Lukaşenkonun Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır.

Görüş zamanı ikitərəfli əməkdaşlığın, ticari-iqtisadi münasibətlərin inkişafının müzakirəsi nəzərdə tutulur. //Trend.az