COVID-19 səhiyyə sistemini çökdürdü - VİRUS QURBANLARI YANDIRILIR / FOTO

 13:20 22.04.2021     489

Hindistanda getdikcə daha da kəskin xarakter alan COVID-19 infeksiyası ölkənin səhiyyə sistemini çökdürüb.

Redaktor.az xəbər verir ki, son 24 saat ərzində Hindistanda koronavirusa 314 mindən çox yoluxma halı qeydə alınıb. Bu isə rekord göstərici hesab edilir.

Son gün ərzində 2104 nəfər sözügedən virusdan dünyasını dəyişib. Bununla da Hindistanda koronavirusdan ölənlərin ümumi sayı 184,5 mini ötüb. 

29 milyon əhalisi olan paytaxt Yeni Dehlidəki krematoriumdan çəkilən görüntülər dəhşəti xatırladır. Görüntülərdə koronavirusdan ölənlərin yandırılması əks olunur.

Mütəxəssislər, xəstəxanalardakı doluluq nisbətlərinin ölkə daxilində artan hadisələrdən sonra ən yüksək səviyyəyə çatdığına diqqət çəkərək, səhiyyə sisteminin "çökmə nöqtəsində" olduğu ilə bağlı xəbərdarlıq ediblər.

Orxan İsmayılov / Redaktor.az

22222