Britaniyada son sutkada 18 nəfər koronavirusdan ölüb

Böyük Britaniyada son sutka ərzində 2729 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4,398,431 nəfərə çatıb.
Redaktor.az-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 18 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127,345 nəfərə çatıb. //APA