Qazaxıstan əhalisinə latın qrafikalı əlifba təqdim edilib

Qazaxıstanda kiril qrafikasından latın qrafikasına keçidlə bağlı layihə hazırlanıb.
Redaktor.az məlumat verir ki, layihə Dil Siyasəti Komitəsi tərəfindən təqdim edilib.
Layihə Qazaxıstan Prezidentinin “Qazax əlifbasının kiril qrafikasından latın qrafikasına keçirilməsinin bəzi məsələləri haqqında” fərmana əsasən hazırlanıb.
Layihənin müzakirəsinin mayın 6-dək uzadıldığı bildirilir.
Qazax əlifbasının kiril qrafikasından latın qrafikalı əlifbasına tərcüməsinin əvvəlki versiyalarında dəyişiklik olunub. //Oxu.az