Aralıq dənizində FACİƏ - 100-dən artıq ölü var

 10:01 23.04.2021     497

Beynəlxalq Miqrasiya Təşkilatı Aralıq dənizində baş verən qəza zamanı azı 100 nəfərin öldüyünü açıqlayıb.

Redaktor.az xəbər verir ki, "Ocean Viking" gəmisi hadisə yerində azı 10 cəsəd aşkar edib və sağ qalanların olmadığı bildirilib.

Verilən açıqlamada qəzaya uğrayan qayıqdan əlavə digər iki qayığın da çətin vəziyyətdə olduğu öz əksini tapıb. Bildirilib ki, bölgədəki axtarış-xilasetmə əməliyyatları kortəbii şəkildə aparıldığı üçün itkilərin sayı daha çoxdur.

Orxan İsmayılov / Redaktor.az