"OPEC+" ölkələri aprelin 28-də tam formatda görüşəcək

 11:39 23.04.2021     114

"OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatı və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin nazirləri 28 aprel tarixində tam formatda (razılaşmaya daxil olan bütün ölkələrinin iştirakı ilə) toplantı keçirəcəklər.

Redaktor.az-ın məlumatına görə, həmin gün iki görüşün keçirilməsi gözlənilir. Öncə "OPEC+"ın Monitorinq Komitəsinin görüşünün, bundan sonra isə razılaşmada iştirak edən bütün ölkələrin nazirlərinin toplantısının keçirilməsi nəzərdə tutulub.

Qeyd olunur ki, iclasların keçiriləcəyi dəqiq vaxtı hələ təyin edilməyib.

Xatırladaq ki, Azərbaycan da "OPEC+" razılaşmasının iştirakçısıdır. //APA