Moskva-Bakı reysi ilə uçan təyyarə təcili eniş edib

Moskva-Bakı reysi ilə uçan təyyarə Mineralnıy Vodı aeroportuna təcili eniş edib.
Redaktor.az-ın xəbərinə görə, bu barədə hava limanından TASS-a bildirilib.
“Aeroflot” aviaşirkətinə məxsus təyyarə sərnişinlərdən birinin səhhətinin pisləşməsinə görə Mineralnıy Vodı hava limanına enib. Halı pisləşən sərnişin Minvodda qalıb.
Daha sonra təyyarə Bakıya uçub. //APA