Putin bu tarixləri qeyri-iş günü elan etdi

 22:13 23.04.2021     275

Rusiya prezidenti Vladimir Putin “Rospotrebnadzor”un rəhbəri Anna Popovanın bu ilin may tətilləri arasındakı günləri qeyri-iş günü elan etmək təklifi ilə razılaşıb.

Redaktor.az xəbər verir ki, 1-10 may tarixləri Rusiyada bayram günləri kimi təsdiqlənib.

Bu qərar ölkədə gərginləşən epidemioloji vəziyyət fonunda qəbul edilib. Putin artıq bununla bağlı müvafiq fərmanı imzalayıb. //Qafqazinfo