ABŞ və Türkiyə prezidentləri arasında TELEFON DANIŞIĞI

 22:36 23.04.2021     146

ABŞ prezidenti Cozef Baydenlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Redaktor.az xəbər verir ki, bu barədə Ağ Evin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, dövlət başçıları iyunda Brüsseldə NATO sammiti çərçivəsində görüşməyi razılaşdırıblar.

"ABŞ prezidenti əməkdaşlığın geniş spektri ilə və fikir ayrılıqlarının effektiv nizama salınması ilə konstruktiv münasibətlərdə marağını ifadə etdi. Liderlər ikitərəfli və regional sualların bütün dairəsinin müzakirəsi üçün iyunda NATO sammitində təkbətək görüş keçirməyə razılaşdılar", - mətndə qeyd edilir.