İlon Mask: İnsanlar kosmik növə çevriləcək

 09:16 24.04.2021     333

“Tesla” və “Space X” şirkətlərinin yaradıcısı bildirib ki, bəşəriyyət Ayda yaşayış üçün baza, gələcəkdə isə Marsda şəhər tikməlidir.

Redaktor.az xəbər verir ki, İlon Mask bu barədə “Crew Dragon” kosmik gəmisinin fəzaya buraxılmasından sonra təşkil etdiyi mətbuat konfransında deyib.

“İnsanlar yalnız bir deyil, bir neçə planetin sakinləri olan kosmik növə çevriləcək”, - deyə məşhur iş adamı vurğulayıb. //Oxu.az