Koronavirusdan ölənlərin sayı 4 mini ötüb - Ermənistan

 12:58 24.04.2021     549

Ermənistanda son sutkada koronavirusa 764 yoluxma qeydə alınıb.

Redaktor.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 212 878-ə çatıb.

Məlumata görə, ölkədə son sutkada daha 17 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 4 001 nəfərə yüksəlib.

Koronavirusa yoluxan 193 360 nəfər sağalıb. Hazırda 14 517 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir. //Report