Rusiya Müdafiə Nazirliyi elan etdi - Bu axşamdan etibarən...

Rusiya Qara dənizə çıxışı olan 3 bölgəsinə digər ölkələrin hərbi gəmiləri də daxil olmaqla bütün gəmilərin gəlişinə qadağa qoyacaq.
Redaktor.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bu gecə saat 21: 00-dan etibarən başlayacaq məhdudiyyətlərin oktyabrın 31-dək davam edəcəyi qeyd olunur. Bu vaxt ərzində Rusiya donanması təlimlər həyata keçirəcək.
Krımın qərbindəki Sevastopoldan Hurzufa qədər uzanan sahil xəttini və Kerç yarımadası yaxınlığındakı Opukskiy Təbiət Qoruğunu bağlayan Rusiya Müdafiə Nazirliyi, Kerç boğazının qadağan olunmuş bölgələr arasında olmadığını bildirib.
Orxan İsmayılov / Redaktor.az