SON DƏQİQƏ: Türkiyə ordusu hücuma keçdi - DÜŞMƏN DARMADAĞIN EDİLİR

 15:17 24.04.2021     1105

Türkiyə Silahlı Qüvvələri 2,5 aylıq fasilədən sonra Şimali İraqda terror təşkilatı PKK-ya qarşı yeni əməliyyata başlayıb.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Şimali İraqdakı Metina, Zap, Avaşin-Basyan və Qəndildəki PKK hədəflərinə yerdən və havadan zərbələr endirilib. Əməliyyatda F-16-larla yanaşı, sərhəddəki topçu birlikləri və hücum helikopterləri də iştirak edir.

Məlumata görə, çoxlu sayda döyüş təyyarəsi və PUA-larla terrorçuların sığınacaqları, silah-sursat anbarları darmadağın edilir.

Orxan İsmayılov / Redaktor.az

2