İranda terror qruplaşması zərərsizləşdirilib

 17:48 24.04.2021     257

İranın Sistan və Bəluçistan əyalətlərində terror qruplaşması zərərsizləşdirilib. 

Redaktor.az-ın məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusunun Qüds Qərargahının mətbuat xidməti xəbər verir.

Məlumata görə, terror qruplaşmaları bölgədə terror hadisəsi keçirmək niyyətində olub. Təhlükəsizlik qüvvələrinin əməliyyatı nəticəsində qruplaşma zərərsizləşdirilib.

Məlumatda bildirilir ki, əməliyyat zamanı 3 terrorçu öldürülüb, qruplaşmadan çox sayda silah-sursat və partlayıcı maddə müsadirə olunub. //APA

Vumart və Güvən reklamı Vumart Güvən